“Endorphin” və reklam sənayesinin gələcəyi
“Endorphin” olaraq reklam sənayesi və onun gələcəyi haqqında çoxlu fikirlərimiz var. Reklam sənayesi yaradıcılıqla dolu olsa da, maraqlıdır ki, uzun illərdir eyni şəkildə davam edir; işlərimiz, yanaşmalarımız və insanlarla ünsiyyət qurma tərzimiz demək olar ki, dəyişməyib.
Şirkətimiz böyüdükcə reklam və marketinq sahəsindəki qlobal icmaları genişləndirmək və sənayemizə fəal şəkildə töhfə vermək niyyətindəyik. Qurucularımız və komanda üzvlərimiz ölkə və region üzrə müxtəlif tədbirlərdə spiker və münsif kimi iştirak edirlər, həmçinin Azərbaycanın aparıcı universitetlərində akademik vəzifələrdə çalışırlar.
Bununla yanaşı maraq dairəsinə uyğun olaraq sənə də bu imkanları yaratmağa çalışırıq. Şəxsi brendin sənayenin inkişafına töhfə verəcək bir vasitə olduğuna inanırıq. Akademiya, ictimai tədbirlər, media və mətbuat vasitəsilə biz sənin şəxsi brendini qurmaq və gücləndirmək üçün investisiya etməyə hazırıq. Bu prosesə dəyər qatacağına inanır və iştirak etmək istəyirsənsə, Fərhad və ya Orxanla əlaqə saxla və birlikdə başlayaq!