“Endorphin” bərabər imkanların təmin olunmasına şərait yaradır və əməkdaşlarımızın irq, cins, din, milliyyət , sosial vəziyyətindən asılı olmayaraq təhlükəsiz mühitdə fəaliyyət göstərməsini vacib hesab edir. Biz cinsi təzyiqin qarşısının alınmasına və baş verdiyi hallarda dərhal həll edilməsinə maksimum çalışırıq.
Endorphin hər bir əməkdaşın ayrı-seçkilik, cinsi təzyiq qorxusu olmadan işləyə biləcəyi bir mühit yaratmağı öhdəsinə götürür. Biz iş yerində hər kəsin ləyaqətinə, şəxsi həyatına hörmətlə yanaşmağı vacib hesab edirik. Həm fiziki, həm də virtual mühitdə cinsi təzyiqə qarşı sıfır dözümlülük prinsipinə riayət edirik.
Bu siyasət beynəlxalq təcrübələrə və Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb. Bütün əməkdaşlara və “Endorphin”in biznes fəaliyyəti ilə bağlı olan bütün yerlərə şamil edilir.
Cinsi təzyiq aşağıdakı halları əhatə edən hər hansı istənilməyən davranışdır:
Cinsi təzyiq hər hansı cins arasında baş verə bilər və onun nəticələri hər zaman ciddiyə alınmalıdır. Burada əsas meyar davranışın niyyəti deyil, qarşı tərəfə necə təsir etməsidir
Əgər cinsi təzyiqə məruz qalmısansa və ya şahidi olmusansa, səni bunu Daxili Komitəyə (DK) bildirməyə təşviq edirik. Şikayət yazılı şəkildə, şəxsən və ya e-poçt vasitəsilə təqdim edilə bilər. Məlumatlar tam məxfiliyin qorunması şərtilə ədalətli araşdırılacaqdır.
“Endorphin” cinsi təzyiqlə bağlı şikayətləri qəbul və həll etmək üçün Daxili Komitəyə (DK) malikdir. Komitə aşağıdakı üzvlərdən ibarətdir:
Komitəyə rəhbərlik edən qadın işçi.
Sosial iş və ya hüquq sahəsində təcrübəsi olan iki işçi.