“Endorphin”də həm ofisdən, həm də uzaqdan işləmək mümkün olan hibrid iş modeli tətbiq olunur.
Bakı və Daşkənd ofislərimiz mövcuddur. Komandamızın böyük hissəsi Bakıda yerləşdiyi üçün oradakı əməkdaşlarımız digər yerlərdəki həmkarlarla müqayisədə ofisdə işləməyi daha çox seçirlər.
Bakıdakı ofisimiz "Globus Center"də yerləşir və 2015-ci ildən fəaliyyət göstərir. Bu əraziyə ən yaxın metro stansiyası “Nizami”dir, həmçinin binanın altında parkinq mövcuddur.
Bu məkanı məqsədyönlü şəkildə seçmişik – bura yerli bizneslərlə əlaqələr qurmaq üçün ideal bir mərkəzdir. Həmçinin,dadlı bir nahara saniyələr içində çatmaq da xoş bir üstünlükdür.
Bakı komandamız, adətən, ayda 10-15 gün ofisdən işləyir.
Yeni ofis və iş şəraiti ilə bağlı yaxın zamanda məlumat veriləcək. Hazırda tamamilə uzaqdan iş modelinə keçmişik.
Hibrid model çərçivəsində əməkdaşlarımız ayda ən azı iki həftə ofisdə işləyirlər. Hər kəs ortaq masalardan istifadə edir. Adətən, bir həftə ofisdən, bir həftə isə evdən işləyirik.
Uzaqdan işləsək də, komanda olaraq sıx əlaqədə qalır və birlikdə işləməyin gücünə inanırıq. İş modelimiz son illərdə dəyişib və gələcəkdə də yenilənəcək. Rəhbərlik bu dəyişiklikləri həftəlik iclaslarda müzakirə edir və dəyişikliklər etməzdən qabaq hər kəsin fikrini nəzərə almağa çalışır.