Ən sevdiyimiz görüş keçirilməyən görüşlərdir. Ona görə də bir görüş təyin etməzdən əvvəl özünə sual ver: “Bu görüş əvəzinə sadəcə bir e-mail yaza bilərəm?” İkinci ən sevdiyimiz görüşlər isə ofisdə təsadüfi qarşılaşmalar zamanı yaranan, sürətli fikir mübadiləsi ilə nəticələnən görüşlərdir.
Uzaqdan işləmək iş və şəxsi həyat arasındakı sərhədləri yumşalda bilər. Rəsmi geyim qaydalarımız yoxdur, amma hər kəsin səliqəli görünməsini gözləyirik.
🔹 Daxili görüşlər – Rahat və öz üslubuna uyğun geyinə bilərsən.
🔹 Müştəri görüşləri – Daha səliqəli və tərtibli olmağa çalış. 🔹 Müştəri tədbirləri – Rəsmi dress-kod varsa və iştirak edirsənsə, ona uyğun geyin. Özünü narahat hiss edirsənsə, iştirak etməmək sənin seçimindir.
Effektiv və məhsuldar igörüşlər üçün hamımız bir-birimizin vaxtına hörmət edək! ⏳