“Endorphin”də müsahibə prosesi zamanı namizədlərin bacarıqlarını daha yaxşı anlamaq üçün bəzən test tapşırıqları təqdim edirik. Bu tapşırıqlar adətən qısa və konkret olur. Məqsəd isə əlavə stress yaratmaq yox, namizədin qabiliyyətlərini görməkdir. Prosesi mümkün qədər ədalətli və səmərəli saxlamağa çalışırıq.
Test tapşırıqları bizə namizədin yaradıcı düşüncəsini və iş tərzini müşahidə etməyə kömək edir. Eyni zamanda, namizədə də bizim iş mühitimiz, gözləntilərimiz və yanaşmamız barədə daha aydın təsəvvür yaradır. Bu mərhələnin məqsədi prosesi qarşılıqlı tanışlığı daha şəffaf etməkdir.
Test tapşırığı yalnız işə qəbul komandamız tərəfindən istənilir. Bu prosesə başqa heç kim qoşulmur. Beləliklə, yanaşma hamı üçün eyni qalır, proses ardıcıl və ədalətli şəkildə idarə olunur.