Son illərdə agentlik-müştəri münasibətləri sürətlə dəyişib. “Endorphin” olaraq biz bu templə ayaqlaşmaq və yaradıcı prosesə açıq şəkildə işləmək istəyirik. Müştərilərlə münasibətləri illik abunə kimi görmədən davamlı, yüksək keyfiyyət təqdim edərək bağlılığı təmin edirik.
“Endorphin” olaraq biz müştərilərimiz qədər sürətli olmaq istəyirik. Elə brendlərlə işləmək istəyirik ki, onlar bizim kimi işlərə həvəsli və cəsur marketinq komandalarına sahib olsunlar. Bizimlə əməkdaşlıq edən müştərilər bilməlidir ki, biz onlara ən yaradıcı və ağıllı insanları təqdim edəciyik. Sadə desək, “Endorphin” olaraq müştərilərimizə indiyə qədər yaşadıqları ən yaxşı agentlik təcrübəsini təqdim etmək istəyirik.
Bizim sahədə müştərilər ya bizi seçir, ya da heç kimi seçmir. Müştəri münasibətini sadəcə hər il yenilənən bir abunə kimi görməyin. Nə qədər çox yaradıcı işlər görsək, münasibətlərimiz bir o qədər güclənəcək.
Eyni zamanda, biz də işlədiyimiz brendlər və müştərilər mövzusunda seçici olmalıyıq. Hazırda qarşımıza çıxan hər 10 yeni müştəri imkanından yalnız 1-ni seçmək lüksünə sahibik.
Hər müştərini özünəməxsus və böyük potensiala malik bir "bənzərsiz qar dənəsi" kimi görəcəyik, işimizin onların təşkilatına necə təsir göstərə biləcəyini dərin şəkildə dəyərləndirəcəyik. Bütün müştərilər üçün eyni komanda strukturları, qiymət təklifləri və SOP-lar (standart əməliyyat prosedurları) olmayacaq. Əvəzində, müştərilərdən əvvəlki agentliklə yaşadıqları pis təcrübəyə görə bizi cəzalandırmamalarını gözləyəcəyik. "Bütün müştərilər eynidir" deyə düşünməməyə söz veririk və müştərilərimizin də "bütün agentliklər eyni deyil" inancını qəbul etmələrini gözləyirik
Müştərilərin bizimlə birbaşa və şəffaf əməkdaşlıq etməsini tələb edirik. Onlara komandamızın istedadını tanımaq və müzakirə etmək imkanı yaradırıq.
Dəqiq və açıq ünsiyyəti vacib sayırıq. Yazılı briflər önəmlidir, lakin dərin müzakirələrə üstünlük veririk. Müştərilərimizi peşəkar marketinq mütəxəssisləri kimi qəbul edərək, fikirlərimizi səmimi və şəffaf şəkildə bölüşürük.