“Endorphin” hər kəs üçün inklüziv və ədalətli bir mühit yaratmağa sadiqdir. Biz irq, etnik mənsubiyyət, milliyyət, din, cins, yaş, fiziki və ya əqli qüsur, ailə vəziyyəti, sosial-iqtisadi vəziyyət və digər fərqlərdən asılı olmayaraq hər kəsin bərabər imkanlara malik olmasını təmin etməyə çalışırıq.

Məqsədimiz dəyərlərimizə əsaslanan, dəstəkləyici və ədalətli bir mədəniyyət qurmaqdır. İnklüzivlik bizim üçün müxtəlif perspektivləri qəbul etmək, iş yerində sağlam mühit yaratmaq və hər bir komanda üzvünün inkişafına dəstək olmaq deməkdir.

Bundan əlavə, bilirik ki, bəzi istedadlı şəxslər sistematik və struktural maneələrlə qarşılaşır, bu da onların peşəkar inkişafına təsir edir. Buna görə də biz bərabər imkanlar yaratmağa xüsusi diqqət yetiririk. Çünki inklüzivlik və müxtəliflik bizim üçün sadəcə bir seçim deyil, uğurumuzun və daha yaxşı məhsullar yaratmağımızın əsas şərtidir. Nikolas Neqropontenin də dediyi kimi:

“Yeni ideyalar haradan gəlir? Cavab sadədir: Fərqlərdən. Yaradıcılıq gözlənilməz birləşmələrdən yaranır”.

Bizim üçün müxtəliflik və inklüzivlik bu mənaya gəlir:

Daha inklüziv bir iş mühiti yaratmaq üçün fikirlərinizi bizimlə bölüşməkdən çəkinməyin: [email protected]

Təyziq və ayrıseçkilik

İş yerində zarafat və ya qeyri-rəsmi ünsiyyət zamanı diqqətli olmaq vacibdir. Hər kəsə hörmətlə yanaşmaq, heç kimi təhqir etməmək iş mədəniyyətimizin ayrılmaz hissəsidir.

Əgər səndən narahatlıq doğuran bir davranışı dayandırmaq tələb olunarsa, dərhal əməl etməlisən. Qaydalara riayət etməyən işçilər işdən çıxarılma ilə üzləşə bilərlər.

“Endorphin”də hər hansı bir formada təzyiqə və ayrı-seçkiliyə qarşıyıq. Təzyiqə aşağıdakılar daxildir: