Təqvim

Bütün görüşlər “Google Calendar” üzərindən təyin olunur və telefonunla sinxronizasiya oluna bilir. Bildirişlərini və digər parametrləri özünə uyğun tənzimlə.

Zənglər və görüşlərin planlaşdırılması

Daxili görüşlər və zənglər üçün “Zoom”dan istifadə edirik. “Zoom”un təqdimat paylaşımı, qeydiyyat (icazə ilə), ağ lövhələr və qrup otaqları kimi funksiyalarından faydalana bilərsən.

Müştəri görüşləri bəzən “Microsoft Teams” və ya “Google Meet” üzərindən də keçirilə bilər, lakin “Zoom”a üstünlük verilir.

Daxili zənglər və mesajlaşma

İllərdir ki, komandamızın əsas rabitə vasitəsi olaraq “Facebook Messenger” istifadə olunur. Bu platforma həm sürətli, həm də rahat ünsiyyət qurma imkanı yaratdığı üçün uzun müddətdir bizə xidmət edir. Bununla yanaşı “WhatsApp”, “Telegram” və digər platformalardan da istifadə edilə bilər.

Qaydalara diqqət et:

Görüş keçirməyə ehtiyac var?

Bir görüş təyin etməzdən əvvəl özünə sual ver: “Bunu mail ilə həll etmək olar?” Əgər elədirsə, görüş keçirmək əvəzinə mail göndər.

Uzaqdan işləyənlər üçün görüşlər

Əgər bir nəfər belə fiziki görüşdə iştirak edə bilmirsə, görüş bütün komanda üçün onlayn olacaq. Haradan qoşulacağını özün seçə bilərsən.

E-mail-dən kənar daxili ünsiyyət

“Trello” - tapşırıqları və layihələri idarə etmək üçün istifadə olunur.

E-mail-dən kənar xarici ünsiyyət

“WhatsApp” , “Telegram” və “Facebook Messenger” vasitəsilə xarici tərəfdaşlarla ünsiyyət qura bilərik, lakin rəsmi təsdiqlər üçün e-mail tələb olunur.

Digər tətbiqlər və ələtlər

Biz hər kəsin təqibə ehtiyac olmadan işini vaxtında və effektiv şəkildə tamamlamasını vacib hesab edirik. Bu yanaşma hər kəsin vaxtına hörmət etməyimizə və yaradıcı işlərə daha çox zaman ayırmağımıza imkan yaradır.