Təqvim

Bütün görüşlər “Google Calendar” üzərindən təyin olunur və telefonunla sinxronizasiya oluna bilir. Bildirişlərini və digər parametrləri özünə uyğun tənzimlə.

Zənglər və görüşlərin planlaşdırılması

Daxili görüşlər və zənglər üçün “Google Meet”dən istifadə edirik. “Google Meet”in təqdimat paylaşımı, qeydiyyat (icazə ilə), ağ lövhələr və qrup otaqları kimi funksiyalarından faydalana bilərsən. Zəngləri planlamaq üçün vaxt aralıqlarını razılaşdırmaq təqvim uyğunluğunu yoxlamaq lazımdır. Komanda yoldaşlarınıza telefon və ya kompüterdən “Google Meet” tətbiqi ilə birbaşa fərdi zəng edə bilərsiniz, ya da “Google Meet” üzərindən birbaşa zəng sorğusu göndərə bilərsiniz.

Müştəri görüşləri bəzən “Microsoft Teams” və ya “Zoom” üzərindən də keçirilə bilər, lakin “Google Meet”ə üstünlük verilir.

Daxili zənglər və mesajlaşma

İllərdir ki, komandamızın əsas rabitə vasitəsi olaraq “Facebook Messenger” istifadə olunur. Bu platforma həm sürətli, həm də rahat ünsiyyət qurma imkanı yaratdığı üçün uzun müddətdir bizə xidmət edir. Bununla yanaşı “WhatsApp”, “Telegram” və digər platformalardan da istifadə edilə bilər.

Qaydalara diqqət et:

Görüş keçirməyə ehtiyac var?

Bir görüş təyin etməzdən əvvəl özünə sual ver: “Bunu mail ilə həll etmək olar?” Əgər elədirsə, görüş keçirmək əvəzinə mail göndər.

Uzaqdan işləyənlər üçün görüşlər

Əgər bir nəfər belə fiziki görüşdə iştirak edə bilmirsə, görüş bütün komanda üçün onlayn olacaq. Haradan qoşulacağını özün seçə bilərsən.

E-mail-dən kənar daxili ünsiyyət

“Trello” — tapşırıqları və layihələri idarə etmək üçün istifadə olunur.

E-mail-dən kənar xarici ünsiyyət

“WhatsApp”, “Telegram” və “Facebook Messenger” vasitəsilə xarici tərəfdaşlarla ünsiyyət qura bilərik, lakin rəsmi təsdiqlər üçün e-mail tələb olunur.

Digər tətbiqlər və ələtlər