"Endorphin"i qurarkən komandamızın fikirləri və bu sahədəki keçmiş təcrübələrimizin ahəngi ilə iş prinsiplərimizi formalaşdırdıq. Reklamçılığı sevməyimiz və onu birlikdə daha da inkişaf etdirə biləcəyimizə olan inancımız isə ortaq dəyərimiz oldu. Bu prinsiplər növbəti illərdə uğurlarımızın təməlini formalaşdırdı. İçində olmaqdan qürur duyduğumuz bu yeri mükəmməl etmək üçün hər kəsin bu prinsiplərə riayət etməsi vacibdir. "Endorphin" böyüdükcə prinsiplər də zamanla genişlənir, dəyişir, bəzən də yenilənir. Bu dəyişikliklər isə mütləq daxili səsvermə ilə həyata keçirilir.