“Endorphin”də iş yoldaşı ilə vidalaşmaq tamamilə təbii və normal bir hadisədir. Bəzən bəzi komanda üzvlərinin yeni bir istiqamətə yönəlməsi, komandanın ümumi inkişafı üçün vacib addımdır.
Əksər təşkilatlarda ən çox rast gəlinən hal, komanda rəhbərinin hər hansı bir səbəbdən bir işçinin şirkətə artıq uyğun olmadığını düşünməsidir. Bu cür vəziyyətlərdə təkbaşına qərar vermək məcburiyyətində deyilsən. Dəstək və məsləhət almaq üçün HR komandasına müraciət etməlisən. Onlar prosesi və lazımi sənədləşməni idarə edəcək, həmçinin mürəkkəb məsələlərdə sənə kömək edəcəklər. Bu qərara gəlmədən aylar öncə vacib işlər görülməlidir və burada əsas rol komanda rəhbərlərinə və menecerlərə düşür. Hər gün komanda yoldaşlarınla işləyir, onların fəaliyyətini görür və müxtəlif görüşlərdə, layihələrdə, geridönüş sessiyalarında iştirak edirsən və bəzən çətin, lakin zəruri söhbətlər aparmaq lazım gələ bilir.
Komanda üzvünlə bağlı davamlı olaraq problemlər müşahidə edirsənsə, bu şəxsin “Endorphin”dəki dövrünün sona yaxınlaşdığını düşünmək məntiqli ola bilər.
Əgər belə düşünməyə başlamısansa, bu məsələyə fərqli bir perspektivdən baxmaq üçün komanda rəhbərinlə söhbət elə. Ola bilər ki, həmin işçi ilə bağlı nəzəridən qaçan məqamlar var.
Problemi birlikdə araşdırın və həmin şəxsə açıq şəkildə bunu bildirin. Çalış ki, məsələnin kökünü aydınlaşdırmaq üçün ortaq bir qərara gəlin. Aşağıdakı məqamları nəzərə ala bilərsən, lakin unutma ki, real hadisə həmişə burda yazılandan daha mürəkkəb olacaq.
Vəziyyəti yaxşılaşdırmaq üçün birlikdə inkişaf planı hazırla və bu istiqamətdə addımlar at. Bütün proses boyunca qarşılıqlı olaraq rəy verməyə davam et.
Vəziyyət yaxşılaşmırsa, əməkdaşlıq münasibətlərini bitirmək vaxtı gələ bilər.