Artımı kim təyin edir?
“Endorphin”də maaş artımı qərarının əsas söz sahibi komanda rəhbərləridir. Onlar il boyu nəticələrinizi ən yaxşı qiymətləndirən şəxslərdir və qərarlarını EPQ-yə (Endorfin Performans Qiymətləndirilməsi) əsaslanaraq verirlər. Komanda rəhbərləri təklifləri təqdim etdikdən sonra, şirkət rəhbərliyi onları təsdiqləyir və ümumi büdcəyə uyğunluğunu yoxlayır. Eyni zamanda rəhbərlik maaş artımı üçün sistemli yanaşma və çərçivə müəyyən edir.
Maaş artımı nə zaman olur?
- İllik qiymətləndirmə dövründə - Hər il şirkət daxilində bütün maaşlar yenidən nəzərdən keçirilir. Rəy bildirmə prosesi başa çatdıqdan sonra hər bir əməkdaşla maaş artımı barədə fərdi söhbət aparılır. İlk maaş artımı üçün şirkətdə minimum 9 ay işləmək tələb olunur.
- İşçinin tələbi – Əgər maaşın səni qane etmirsə, bunu komanda rəhbərinlə müzakirə edə bilərsən. Bu zaman əsaslandırılmış və konkret səbəblər təqdim etməyin gözlənilir.
- Biz təyin etdikdə – Rəhbərlik və ya komanda liderin sənə uyğun maaş artımı təşəbbüsü ilə çıxış edə bilər.
Maaş artımı üçün güclü səbəblər:
- Vəzifə və məsuliyyətlərin əhəmiyyətli dərəcədə artıb və növbəti rəsmi qiymətləndirməyə çox vaxt var.
- Qısa müddətdə bacarıqlarını ciddi şəkildə inkişaf etdirmisən və hazırkı maaşın sənin töhfənə uyğun deyil. Bu inkişafı konkret göstəricilərlə sübut etmək vacibdir.
- Bazar və ya daxili dəyişikliklər sənin dəyərini artırıb və bu maaşında əks olunmalıdır
"Endorphin" bələdçisi