“Endorphin” şirkəti ayrılan bütün işçilərin çıxış prosedurlarını son iş günündən və ya bütün materialların tam təhvil verilməsindən (hansı daha gec baş verərsə) etibarən maksimum 3 gün ərzində tamamlayır. Əgər bütün işlərini, ofis avadanlıqlarını və sənədlərini qaydasında təhvil vermisənsə, bütün ödənişlər də bu 3 gün ərzində həyata keçiriləcəkdir.
Adətən, komandamızdan ayrılan hər bir üzv üçün çıxış prosedurları onların son iş həftəsindən başlayır. Şəxs bütün ofis avadanlıqlarını və şirkətə aid olan digər əşyaları qaytardıqdan sonra bəzi prosesləri yerinə yetirməlidir:
Şirkətə məxsus hansısa qaytarılacaq materiallar var mı? Əgər varsa, bunu son iş gününə qədər tamamlamağı planlaşdırmalıdır.
Əgər uzaqdan işləyirsə, laptop və digər texniki avadanlıqları son iş günündən sonra eyni həftə ərzində və ya növbəti həftə göndərməlidir.
Rəhbərlik göndərilən avadanlıqların yaxşı vəziyyətdə (kiçik aşınmalar nəzərə alınaraq) qaytarıldığını təsdiqlədikdən sonra, maliyyə komandasına ödənişin həyata keçirilməsi üçün məlumat verəcəkdir.
Avadanlıqlarda hər hansı ciddi zədə aşkar edilərsə, həmin şəxsin bu zərəri ödəməsi tələb olunacaq. Bu mərhələdən sonra çıxış prosedurları başlamağa hazır olacaqdır. İşçilər texniki avadanlıqları və digər qurğu materiallarını ya poçt vasitəsilə şirkətə göndərə, ya da ofis meneceri və ya rəhbərlik ilə razılaşaraq şəxsən təhvil verə bilərlər. Təhvil prosesi tam başa çatdıqdan sonra rəhbərlik maliyyə komandasına məlumat verəcək və çıxış prosedurları başlayacaqdır.
Məqsədimiz işçinin tam təhvil prosesini tamamladığı gündən sonra 3 iş günü ərzində bütün prosesin yekunlaşdırmaqdır.