Bizim işimiz komanda daxilində sıx ünsiyyət tələb edir. İşimiz birgə əməkdaşlıq üzərində qurulub insanlarla qarşılıqlı münasibətlərə əsaslanır və bir-birimizin güclü tərəflərindən maksimum istifadə etməyə əsaslanır. Bu ünsiyyətin davamlı olması səbəbindən bəzən komanda üzvləri ilə ayrıca vaxt ayırıb prosesləri müzakirə etməyi unuda bilərik.
Fərdi görüşlər menecer və işçi arasında öncədən planlaşdırılmış dialoq üçün təyin edilən görüş formasıdır. Bu sadəcə iclas və ya hesabat vermə prosesi deyil, bu görüşlər mentorluq, dəstək olmaq, istiqamət vermək və ya çətinliklər barədə danışmaq üçün nəzərdə tutulur. Belə görüşlər rəhbərlik və işçilər arasında real ünsiyyət və əməkdaşlıq üçün zəmin yaradır.
In an ideal world, you and your colleague would collaborate on an agenda ahead of time. A more realistic goal may be to jot down a list of bullet points that you’d like to discuss. Ask your direct report to do the same. Once you’re face-to-face, we recommend comparing lists and doing some loose time-boxing to make sure you have time to cover the most pressing points.
You need to set expectations around what’s most important and create an incentive to focus. If the conversation diverges, as manager, it’s your responsibility to get it back on track. That said, it’s also important to be flexible. In other words, you need some structure but not too much. These meetings are best when you and your colleague are in co-creation mode. Decide together what you’ll reasonably accomplish in the time allocated. Are there items that can be tabled for another time?
Remember, this is not a status check-up or performance evaluation - it’s dedicated time where you as the manager is available to hear what your colleagues are excited or frustrated about, what’s blocking their potential or scaring them and also what’s going well or could use improvement. A north star to aim for is to be the kind of leader whose team actively seeks them out for one on ones.
Fərdi görüşlər ideal olaraq ayda ən azı bir dəfə keçirilməlidir. Vacib bir səbəbdən görüş vaxtının dəyişdirilməsi və ya işçinizin əlavə vaxt istəməsi mümkün ola bilər. Əsas odur ki, hər iki tərəf bu görüşlərə önəm verib onların keçirilməsini təmin etsin.
Bu görüşlərin konkret bir formatı yoxdur. Onları daha effektiv etmək üçün işçinin emosional ehtiyaclarını, sizin aranızdakı münasibəti və onun təcrübə səviyyəsini nəzərə almaq lazımdır. Əsas məqsəd elə bir mühit yaratmaqdır ki, işçiniz öz fikirlərini rahat şəkildə ifadə edə bilsin.
Görüşlərdə həm cari problemlər və onların həlli yolları, həm də gələcək planlar və məqsədlər müzakirə olunmalıdır. İşdə baş verən müsbət və mənfi hadisələr, geri dönüşlərin keyfiyyəti və ehtiyac yaranarsa, işdən kənar həyatla bağlı mövzulara da toxunmaq olar. İşçilərinizdən işin hansı aspektlərinin yaxşı işlədiyini və nə üçün effektiv olduğunu soruşun. Komandanın və rəhbərliyin nəyi daha yaxşı edə biləcəyini açıq şəkildə müzakirə edin.
Menecerlər bu görüşlərdə aktiv dinləyici olmalıdır. Qarşı tərəfin fikirlərini daha yaxşı anlamaq üçün suallar verin. Bu sizə daha çox etimad qazandıracaq və komanda ilə daha güclü əlaqə qurmağınıza kömək edəcək.
Görüş zamanı bu müzakirələrin necə inkişaf etdiyini izləmək üçün qeydlər aparmaq vacibdir. Həmçinin, həftə ərzində müzakirə etmək istədiyiniz məqamları qeyd etmək daha məhsuldar və dərin söhbətlər aparmağınıza kömək edəcək.
Əgər işçiniz komanda yoldaşı ilə bağlı bir problem yaşayırsa müdaxilə etməzdən əvvəl onun fikirlərini dinləmək vacibdir. Bəzi hallarda rəhbərliyin müdaxiləsi vəziyyəti daha da çətinləşdirə bilər. Həmişə işçinin ehtiyaclarını nəzərə alın və onun istəyinə uyğun həll yolu tapmağa çalışın. Müdaxilə edirsinizsə, mütləq nəticəni izləyin və işçinizlə bu barədə yenidən danışın. Bu sizin onların problemlərini ciddi qəbul etdiyinizi göstərməklə yanaşı problemin səbəblərini daha yaxşı anlamağa və gələcəkdə bu cür vəziyyətlərdən necə qaçmağın yollarını tapmağa kömək edəcək