Biz reklamçılığı və agentlik işini sevən, marketinq və kommunikasiya sahəsində çalışqanlıqla irəliləyən reklamsevərlərik. Ölkəmiz hələ inkişaf etmiş reklam bazarı ilə tanınmasa da, kreativliyin insan davranışlarını və cəmiyyətin çalışma axarını dəyişə biləcəyinə inanırıq. Öz səylərimizlə sektorda böyük, müsbət dəyişikliklərə imza atmışıq və bu dəyişikliklər gündən-günə artmağa davam edir.

“Endorphin”in ən güclü tərəflərindən biri də qurucu liderlərinin də yaradıcı təcrübəyə sahib olmasıdır. Bu, agentliyimizin fəlsəfəsində əsas rol oynayır. Biz yaradıcı gücümüzə və instinktlərimizə güvənərək irəliləyirik. Müxtəlif sahələrdən insanları və müştəriləri bir araya gətirərək yaradıcı öyrənmə mərkəzi yaradırıq. Yaradıcılığın insan davranışına təsirini anlayırıq və bu gücdən ən yaxşı şəkildə faydalanmağa çalışırıq.

Dünyanın yeni bir reklam agentliyinə ehtiyacı yoxdur, amma həm müştərilər, həm də yeni istedadlar üçün agentlik anlayışının yenilənməsinə ehtiyac var. Bu yenilənmə üçün əlini daşın altına qoymağın, öz axarına buraxmaqdan daha yaxşı nəticə verəcəyini bilirik. Buna görə də "Endorphin"i yaratdıq ki, həm bu sahədəki peşəkarlar, həm də müştərilərimiz üçün reklam sektorunda əsaslı dəyişikliklər yarada biləcək ideyalar təqdim edək.

"Endorphin"də məqsədimiz müştərilərimizə ən yaxşı agentlik təcrübəsini yaşatmaqdır. Bizimlə işləyərkən işinə həvəsli və peşəkar bir komanda ilə tanış olacağınıza əmin ola bilərsiniz. Bunu mümkün etmək üçün daxili iş prinsiplərimizə xüsusi önəm veririk.

Məqsədimiz hər kəsin sevə biləcəyi bir iş mühiti yaratmaq və hər komanda üzvünün eyni dərəcədə müsbət təcrübə yaşamasıdır. Agentlik dünyasında nələrin dəyişməli olduğunu bilirik və bunun üçün əlimizdən gələni etməyə hazırıq. Sonda isə öz işlərimizlə fərq yaratmaq istəyirik. Xoş gəlmişsiniz!

Prinsiplərimiz