“Endorphin”də işləyirsənsə, sən də komandamıza töhfə verə bilərsən. Ətrafında komandamıza dəyər qatacaq dostların və həmkarların ola bilər. Komandamızı istedadlı insanlarla genişləndirmək və işə qəbul prosesimizdə müxtəlifliyi təşviq etmək məqsədilə, elan etdiyimiz vakansiyalara uyğun namizəd tapıb bizə yönləndirən hər bir əməkdaşımıza mükafat təqdim edirik.
HR komandası mövcud vakansiyalar barədə daxili və xarici kanallarda elanlar paylaşacaq. Uyğun namizəd tanıyırsansa, onun profilini və uyğun hesab etdiyin vakansiyanı HR və rəhbərlik komandasına e-mail vasitəsilə göndər. Namizədin tövsiyə edildiyi tarix vakansiyanın elan olunduğu tarixdən əvvəl ola bilməz və yönləndirilən şəxs 180 gün (6 ay) ərzində işə qəbul edilməlidir.
Bütün vakansiyalar üçün mükafat: 100 AZN
“Endorphin”də çalışan hər kəs, vəzifəsindən asılı olmayaraq HR tərəfindən elan edilən vakansiyalar üçün namizəd yönləndirə bilər. İşə qəbul edəcək komandanın rəhbəri həmin komanda üçün namizəd yönləndirdikdə mükafat ala bilməz. Həmçinin, rəhbərlik, HR və işə qəbul komandaları da bu proqramdan yararlana bilməz.