Bütün tam ştatlı əməkdaşlar PAŞA Sığorta tərəfindən təqdim edilən illik sağlamlıq sığortası ilə təmin edilir. Bu sığorta əməkdaşları, onların həyat yoldaşlarını və övladlarını əhatə edir. Sığorta işə qəbul tarixindən sonrakı ayın ilk günündən etibarən aktivləşir. Sığorta PAŞA Sığorta və PAŞA Life platformaları vasitəsilə idarə olunur.
Sığorta məlumatlarını və sağlamlıq kartını görmək üçün PAŞA Sığorta platformasından istifadə edə bilərsən. Təcili tibbi yardım və digər suallar üçün HR və İdarəetmə komandası ilə əlaqə saxlaya bilərsən.