Bu qaydalar "Endorphin" daxilində bir-birimizlə işləyərkən nəyin qəbulolunan, nəyin isə uyğun olmadığını müəyyən edir və dəyərlərimiz pozulduqda atacağımız addımları göstərir. Bu qaydaları müəyyən etməklə qarşılıqlı münasibət prinsiplərimizi tam aydınlaşdırmaq istəyirik. "Endorphin"də hər kəsdən nizamlı, hörmətə əsaslanan və əməkdaşlığa açıq bir mühit yaratmasını gözləyirik.
Nə qəbuledilməzdir? Həmkarlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın müəyyən etdiyi sərhədləri pozan hər hansı davranış qəbuledilməzdir. Daha sadə desək, sağlam iş mühitinə zərər verən istənilən davranış uyğun deyil. Aşağıdakı bələdçi tam siyahını əhatə etməsə də, iş prinsiplərimizi və insanlara necə yanaşmalı olduğumuzu anlamaq üçün vacib bir istiqamət müəyyənləşdirir.
Ümumilikdə: ”Sizə edilməsini istəmədiyiniz bir şeyi başqasına etməyin”.
Əgər qaydaların pozulmasını görsən və ya yaşasan, rəhbərliyə məlumat ver. Məxfiliyin qorunacağına və adekvat tədbirlərin görüləcəyinə zəmanət verilir. Bunu e-poçt vasitəsilə və ya birbaşa şəxsən bildir. Hansı üsul daha rahatdırsa, onu seçə bilərsən.
Bir əməkdaşın qaydanı pozduğu təsdiqlənərsə, bu, onun şəxsi iş sənədində qeyd ediləcək. Pozuntunun ciddiliyindən asılı olaraq bu, intizam tədbirləri, bildiriş, rəsmi xəbərdarlıq və ya əməkdaşlığın dayandırılmasını əhatə edə bilər.
Qeyd edək ki, bütün şəxsi narazılıqlar qayda pozuntusu hesab edilmir. Əgər bir iş yoldaşı ilə ünsiyyətdə çətinlik çəkirsinizsə, bunu öncə onunla və ya menecerinizlə müzakirə edin. Davranış pozuntuları yalnız ciddi etik və qanuni qayda pozuntularına şamil edilir.