Bizim əsas prinsipimiz budur: “İşimizi elə görməliyik ki, heç kim heç kimi təqib etməyə məcbur olmasın”. Bir-birimizə güvənmək və vaxtımıza hörmət etmək bunu tələb edir.

Agentliklərdə uzun illərdir ki, insanlar başqalarının zəif tərəflərini ört-basdır etmək üçün işə götürülüb. Biz isə bunun doğru olmadığını düşünürük. Araşdırmalar göstərir ki, “Account manager”lər vaxtlarının böyük hissəsini başqalarının işini izləməyə, xatırlatma etməyə və yubanan işləri idarə etməyə sərf edirlər. Bu isə onların işlərinin ən sevmədiyi tərəfidir.

Biz inanırıq ki, bu itkini aradan qaldırıb, vaxtımızı daha səmərəli istifadə edə bilərik. Bu səbəbdən, işini məsuliyyətlə görən və təqibə ehtiyac duymayan yaradıcı insanlarla işləyirik.

"Endorphin"də işləyirsənsə, öz işinə özün nəzarət etməlisən. Sadə qaydalar: • Söz vermisənsə, yerinə yetir. • Gecikirsənsə əvvəlcədən xəbər ver. • Sənə sual verilibsə, vaxtında cavabla.

Edə bilməyəcəksənsə bunu bildir. Bütün məsələ budur.

Vəzifə öhdəliklərin və digərləri