Bilməyini istəyirik ki, sən işinə gündə 8 saatdan artıq vaxt ayırmağa borclu deyilsən. Sağlam yuxu və dolu-dolu şəxsi həyat iş üçün qurban verilməməlidir. Əksinə, bu işin keyfiyyətinə daha çox ziyan vurur. İş saatlarına düzgün şəkildə nəzarət etməklə vacib tapşırıqlara fokuslanmaq mümkündür.

Lakin yaradıcı iş vaxtla ölçülə bilməz. Bəzən saatlarla çalışsan da, istədiyin nəticəni əldə etməyə bilərsən. Kreativlik dözümlülük və balans tələb edir. Özünü çox yorğun hiss edirsənsə, fasilə verməkdən çəkinmə. Biz sənin qərarlarına güvənirik.

Bəzən iş yükü həddindən artıq ola bilər. Əgər üzərində çox məsuliyyət hiss edirsənsə, bunu birlikdə həll edə bilərik. Bunun üçün də açıq ünsiyyətdən istifadə etməliyik.

Əlavə iş saatları

Bəzi hallarda müştəri görüşləri, təcili tapşırıqlar və ya təqdimatlar üçün əlavə işləmək lazım gələ bilər, amma bu, gündəlik iş saatlarını keçməməlidir. Komanda rəhbərləri bu əlavə saatları nəzərə alacaq və uyğun istirahət vaxtı ilə kompensasiya edəcək. Bunun üçün əvvəlcədən rəhbərindən təsdiq almağın vacibdir ki, komanda iş axışında problem yaşamasın.

Necə əlaqə saxlayırıq?