Hər kəsdən və hər yerdən mükəmməl ideyalar gələ bilər. Biz inanırıq ki, yazı mədəniyyəti sistemli düşünməyi və əsaslandırılmış arqumentləri irəli sürməyə kömək edir. Bu, həmçinin əməliyyat effektivliyini artırmağa kömək edir.
Yazı bacarığı yalnız coşğulu, dominant hesab edilən insanlara üstünlük vermir. Bunun əksinə hər xarakter tipindən olan komanda üzvlərinin rahat şəkildə fikirlərini paylaşmasına və əməkdaşlıq etməsinə şərait yaradır. Adətən fərdi fəaliyyət kimi qəbul edilən yazı, əslində, ən təsirli əməkdaşlıq vasitələrindən biridir.
Yazmaq bizə baryerləri aşmağa, problemləri daha tez həll etməyə və ümumi məqsədlərə doğru birgə işləməyə imkan verir, hətta başqalarının məqsədləri bizim məqsədlərimizlə üst-üstə düşməsə belə. Nəticədə uğur fərdi qələbələrlə deyil, ən yaxşı ideyanın irəli çəkilməsi, maneələrin birlikdə aşılması və komandanın uğurlarını qeyd etməklə ölçülür. Çünki “Endorphin”də həmişə ən yaxşı ideya qalib gəlir.
Bu əlbəttə ki, üzbəüz ünsiyyətdən qaçmaq demək deyil. Bəzi məsələlər müzakirə olunaraq daha yaxşı həll edilə bilər. Yazı həm də qərarları sənədləşdirmək üçün əsas vasitə olmalıdır.
Aydın yazmaq üçün aydın düşünmək lazımdır. Bu, Endorphinatorun fikirlərini paylaşmazdan əvvəl daha yaxşı formalaşdırmasını tələb edir. Biz inanırıq ki, yazı mədəniyyətinin inkişafı daha keyfiyyətli düşüncə tərzini formalaşdıracaq.
Xüsusilə bir həmkarına və ya müştəriyə mürəkkəb rəy vermək lazım gəldikdə yazılı ifadə etmək daha dəqiq və konstruktiv ola bilər. Aydın yazmaq bacarığın belə vəziyyətlərdə daha da inkişaf edəcək. Əlbəttə ki, bu hər kəsin bir-birinə əsəbi e-maillər göndərməsinə və ya yazıya həddindən artıq vaxt ayırmasına gətirib çıxara bilər (ciddi deyilik). Eyni zamanda hansı yanaşmanın daha uyğun olduğunu konkret situasiyaya əsasən seçim etməyi sənə etibar edirik.
<aside> 💡 Recommended reading
</aside>