Maaş ödənişlərini hər ayın 1-i ilə 5-i arasında edirik. Şirkət qurulandan bəri ödənişlərimiz heç vaxt, hətta bir gün belə gecikməyib. Əgər ehtiyac olarsa maaşını əvvəlcədən almaq üçün də müraciət edə bilərsən.
Əgər şirkət üçün hər hansı bir alış-veriş etmisənsə həmin xərclər sənə geri ödənilir. Bunun üçün qəbzləri maliyyə komandasına təqdim etməyin kifayətdir.
Bilirik ki, həyat bəzən gözlənilməz xərclər yarada bilər. Maaşlar, adətən, ayın 1-i ilə 5-i arasında hesaba köçürülür, amma bəzi hallarda əvvəlcədən ödənişə ehtiyac ola bilir. Belə vəziyyətdə ofis meneceri və maliyyə komandası ilə əlaqə saxlayaraq maaşını daha tez almaq üçün müraciət edə bilərsən. Onlar bu prosesi asanlaşdırmaq üçün sənə kömək edəcəklər