<aside> ❗ Qeyd: Bu bölmə, əsasən, “Endorphin”in işə qəbul menecerləri üçün nəzərdə tutulub.

</aside>

Mükəmməl iş yeri mükəmməl həmkarlardan ibarətdir”. – Riid Hastinqs

“Endorphin”in əsas hədəfi yüksək istedadlı insanlara malik bir iş yeri yaratmaqdır. Yaradıcı və istedadlı insanlarla işləmək işi daha maraqlı və məhsuldar edir. Bir çox şirkət işə qəbul prosesini arxa planda saxlayır, amma biz bunun işimizin ayrılmaz hissəsi olduğuna inanırıq. Hər yeni əməkdaşla standartları yüksəltmək, komandamızı gücləndirmək və birlikdə inkişaf etmək istəyirik.

Güclü komanda təkcə istedadlı insanlardan deyil, zamanla inkişaf edən rollar, mədəniyyət və iş prinsiplərindən ibarətdir. Yeni üzvlərimizin komandamıza dəyər qatmasını, yeni bacarıqlar gətirməsini və bizi daha da gücləndirməsini istəyirik. İşə qəbul prosesi daim təkmilləşdirdiyimiz və prioritetləşdirdiyimiz sahələrdən biridir. Bu məqsədlə komanda rəhbərləri və işə qəbul menecerləri üçün xüsusi sessiyalar keçiririk.

Biz kimləri axtarırıq?

Bu dəyərləri bölüşür və onlara uyğun olduğunu düşünürsənsə, komandamıza qoşulmağından məmnun olarıq!

Qəbul prosesi