<aside> ❗ Qeyd: Bu bölmə, əsasən, “Endorphin”in işə qəbul menecerləri üçün nəzərdə tutulub.

</aside>

Mükəmməl iş yeri mükəmməl həmkarlardan ibarətdir”. – Riid Hastinqs

“Endorphin”in əsas hədəfi yüksək istedadlı insanlara malik bir iş yeri yaratmaqdır. Yaradıcı və istedadlı insanlarla işləmək işi daha maraqlı və məhsuldar edir. Bir çox şirkət işə qəbul prosesini arxa planda saxlayır, amma biz bunun işimizin ayrılmaz hissəsi olduğuna inanırıq. Hər yeni əməkdaşla standartları yüksəltmək, komandamızı gücləndirmək və birlikdə inkişaf etmək istəyirik.

Güclü komanda təkcə istedadlı insanlardan deyil, zamanla inkişaf edən rollar, mədəniyyət və iş prinsiplərindən ibarətdir. Yeni üzvlərimizin komandamıza dəyər qatmasını, yeni bacarıqlar gətirməsini və bizi daha da gücləndirməsini istəyirik. İşə qəbul prosesi daim təkmilləşdirdiyimiz və prioritetləşdirdiyimiz sahələrdən biridir. Bu məqsədlə komanda rəhbərləri və işə qəbul menecerləri üçün xüsusi sessiyalar keçiririk.

Biz təkcə keçmiş nailiyyətlərə və uğurlu portfoliolara baxmırıq. İnkişaf potensialı olan insanlara da yatırım edirik. Komanda böyüdükcə qərarlarımızda əsas meyar fərdi deyil, bütövlükdə komandanın xeyridir.

İşə qəbula daim vaxt və enerji ayıracağıq. Komanda rəhbərləri və işə qəbul menecerləri üçün xüsusi sessiyalar keçirəcək, yanaşmalar, müsahibə texnikaları, istedadları cəlb etmə fəlsəfəsini təkmilləşdirəcəyik. Bu, işimizin ən kritik hissələrindən biridir və biz bu sahədə getdikcə daha da gücləndirməliyik.

Biz kimləri axtarırıq?

Bu dəyərləri bölüşür və onlara uyğun olduğunu düşünürsənsə, komandamıza qoşulmağından məmnun olarıq!

Qəbul prosesi