”Endorphin”ə xoş gəldin.
Yox, yox, səhv oxumadın. Hər insan bir ideya deyil ki? Əslində, hamımız bu agentliyi mükəmməl etmək üçün yaranan ideyanın bir parçasıyıq. Yaxşı xəbər isə budur ki, biz bu yolda artıq sənə inanırıq. Hətta əminik ki, həyatının ən yaxşı işlərini məhz burada ərsəyə gətirə bilərsən. Buradakı rolun isə nəyə qadir olduğunu göstərməkdir.
“Endorphin”in dünya səviyyəsində iddialı bir agentlik kimi deyil, həmçinin birliklə hərəkət edən komanda kimi görürük. Bu yolda bizimlə irəliləyən hər kəsin dəyərlərimizi mənimsəyərək hamımızın qürur duyacağı bir mühit yaradacağına ümid edirik.
İndi isə keçək oxuduğun bələdçinin roluna.
Bu sənəd komandamızın aylarla davam edən dərin müzakirələrinin və daxili müşahidələrinin nəticəsidir. Bələdçi sənə kimliyimizi, niyə mövcud olduğumuzu və birlikdə necə işlədiyimizi izah etmək üçün yaradılıb.
Biz kreativliklə maneələri aşdığımıza və yaratdığımız işlərlə müştərilərimizi xoşbəxt etdiyimizə inanırıq. Reklamçılıq bir mədəniyyətdir, işlərimiz isə bu mədəniyyətdən ərsəyə gələn sənət əsərləridir. İşimizdə ən əsası isə insanlarla qurduğumuz emosional bağdır. Biz titullardan və ya vəzifələrdən daha çox canlı ideyalara və təsir yaratmağa önəm veririk. Komandamız işini ən yaxşı şəkildə bilən, mükəmməl nəticələr göstərməyi hədəfləyən və bu işi zövqlə yerinə yetirən insanlardan ibarətdir. Biz davamlı inkişafa və bizi irəli aparacaq yaradıcılığın gücünə inanırıq. Bu bələdçi mükəmməl olmaya bilər, amma başlanğıc üçün əladır. O sənin töhfələrinlə böyüyüb təkmilləşəcək canlı bir sənəddir. Buna görə də bələdçidən potensialını ortaya çıxarmaq və öz izini qurmağa kömək edən bir alət kimi istifadə et.
Hamımızın adından, Orkhan Karim Təsisçi
Vəzifə öhdəliklərin və digərləri
EPQ: Endorphinator Performans Qiymətləndirməsi
Ədalətli və rəqabətə davamlı əməkhaqqı
Müxtəliflik və inklüzivlik siyasəti
Xərclərin ödənilməsi və geri qaytarılması
Akademiya, ictimaiyyət və mətbuat
Müsahibə zamanı test tapşırıqları