Salam, İdeya!

”Endorphin”ə xoş gəldin.

Yox, yox, səhv oxumadın. Hər insan bir ideya deyil ki? Əslində, hamımız bu agentliyi mükəmməl etmək üçün yaranan ideyanın bir parçasıyıq. Yaxşı xəbər isə budur ki, biz bu yolda artıq sənə inanırıq. Hətta əminik ki, həyatının ən yaxşı işlərini məhz burada ərsəyə gətirə bilərsən. Buradakı rolun isə nəyə qadir olduğunu göstərməkdir.

“Endorphin”in dünya səviyyəsində iddialı bir agentlik kimi deyil, həmçinin birliklə hərəkət edən komanda kimi görürük. Bu yolda bizimlə irəliləyən hər kəsin dəyərlərimizi mənimsəyərək hamımızın qürur duyacağı bir mühit yaradacağına ümid edirik.

İndi isə keçək oxuduğun bələdçinin roluna.

Bu sənəd komandamızın aylarla davam edən dərin müzakirələrinin və daxili müşahidələrinin nəticəsidir. Bələdçi sənə kimliyimizi, niyə mövcud olduğumuzu və birlikdə necə işlədiyimizi izah etmək üçün yaradılıb.

Biz kreativliklə maneələri aşdığımıza və yaratdığımız işlərlə müştərilərimizi xoşbəxt etdiyimizə inanırıq. Reklamçılıq bir mədəniyyətdir, işlərimiz isə bu mədəniyyətdən ərsəyə gələn sənət əsərləridir. İşimizdə ən əsası isə insanlarla qurduğumuz emosional bağdır.   Biz titullardan və ya vəzifələrdən daha çox canlı ideyalara və təsir yaratmağa önəm veririk. Komandamız işini ən yaxşı şəkildə bilən, mükəmməl nəticələr göstərməyi hədəfləyən və bu işi zövqlə yerinə yetirən insanlardan ibarətdir. Biz davamlı inkişafa və bizi irəli aparacaq yaradıcılığın gücünə inanırıq.   Bu bələdçi mükəmməl olmaya bilər, amma başlanğıc üçün əladır. O sənin töhfələrinlə böyüyüb təkmilləşəcək canlı bir sənəddir. Buna görə də bələdçidən potensialını ortaya çıxarmaq və öz izini qurmağa kömək edən bir alət kimi istifadə et.

Hamımızın adından, Orkhan Karim Təsisçi

Kimliyimiz

Niyə yarandıq?

Prinsiplərimiz

Xahiş edirik…

“Endorphin”lə başlamaq

İlk həftələrin

Evdən və ofisdən işləmək

İş saatlarımız

Profilini tənzimlə

Avadanlıqla təminat

İşləmə stilimiz

Təqib yoxdur

Vəzifə öhdəliklərin və digərləri

Necə əlaqə saxlayırıq?

Görüşləri necə keçiririk?

Kamera açıqdır?

Rəy bildirmək

Fərdi görüşlər

EPQ: Endorphinator Performans Qiymətləndirməsi

Yazı mədəniyyəti

Müştərilərlə işləmək

Xarici tərəfdaşlarla işləmək

Pul vacibdir

Ədalətli və rəqabətə davamlı əməkhaqqı

Əməkhaqqı ödənişləri

Əməkhaqqı artımı

Qaydalarımız

Davranış qaydaları

Sosial davranış qaydaları

Müxtəliflik və inklüzivlik siyasəti

Cinsi təzyiq

Mental sağlıq

Əlavə işlər

İcazə və üstünlüklər

Ödənişli məzuniyyət

Tətil günləri 2026

Təhsil və inkişaf büdcəsi

Xərclərin ödənilməsi və geri qaytarılması

Referans

Akademiya, ictimaiyyət və mətbuat

İşə qəbul

İşə qəbul yanaşmamız

Qəbul prosesi

Müsahibə zamanı test tapşırıqları

Təcrübə müddəti

Çıxış prosesi

İşdən ayrılmaq…

Vidalaşmaq

Çıxış prosedurları