"Endorphin"ə xoş gəlmisən.
Yox, yox, səhv oxumadın. Hər insan bir ideya deyil ki? Biz hamımız bu agentliyi mükəmməl etmək üçün olan ideyanın bir parçasıyıq. Yaxşı xəbər budur ki, biz artıq sənə inanırıq. Düşünürük ki, həyatının ən yaxşı işlərini burada ərsəyə gətirə bilərsən. Sənin yolun başqalarını yanlış çıxarmaq üçün yox, nəyə qadir olduğunu göstərmək üçündür.
"Endorphin"də biz təkcə iddialı, dünya səviyyəsində yaradıcı bir şirkət olmaq istəmirik, həmçinin biz böyük ürəyi olan komanda olmağı hədəfləyirik. Bu şirkəti birlikdə qurarkən bizə qoşulan hər kəsin dəyərlərimizi anlayacağını və hamımızın qürur duyacağı bir iş mühiti yaratmağa kömək edəcəyini ümid edirik. Məhz bu anda bu bələdçi işə düşür.
Bu bələdçi komandamızın aylarla davam edən dərin müzakirələrinin və daxili müşahidələrinin nəticəsidir. Bələdçi sənə kim olduğumuzu, niyə mövcud olduğumuzu və birlikdə necə işlədiyimizi izah etmək üçün var. Biz maneələri aşmaqla, yaradıcılığı qucaqlamaqla və təqdim etdiyimiz işlərlə müştərilərimizi məmnun etdiyimizə inanırıq. Reklamçılıq bir mədəniyyətdir, bizim işlərimiz isə bu mədəniyyətin sənət əsərləridir. Amma ən əsası - biz insanlarla emosional bağ qurmaq istəyirik. Biz titullardan və ya vəzifələrdən daha çox canlı ideyalara və təsir yaratmağa önəm veririk. Komandamız işini ən yaxşı şəkildə bilən, ən mükəmməl nəticələri verməyi hədəfləyən və bu işi zövqlə yerinə yetirən insanlardan ibarətdir. Biz davamlı inkişafa və bizi irəli aparacaq yaradıcılığın gücünə inanırıq. Bu bələdçi mükəmməl deyil, amma başlamaq üçün əladır - sənin töhfələrinlə böyüyüb təkmilləşəcək canlı bir sənəddir. Buna görə də, bələdçidən potensialını ortaya çıxarmaq və öz izini qoymaq bir alət olaraq istifadə et.
Hamımızın adından, Orkhan Karim Təsisçi
Vəzifə öhdəliklərin və digərləri
EPQ: Endorphinator Performans Qiymətləndirməsi
Ədalətli və rəqabətə davamlı əməkhaqqı
Müxtəliflik və inklüzivlik siyasəti
Sağlamlıq sığortası və tibbi faydalar
Xərclərin ödənilməsi və geri qaytarılması
Akademiya, ictimaiyyət və mətbuat